BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) zamanı gündəlik 5 minədək əlavə sərnişinin dəmir yolları vasitəsilə daşınması mümkün olacaq.

"Unikal" xəbər verir ki, bunu "Azərbaycan Dəmir Yolları" QSC-nin (ADY) Sərnişin daşımaları departamentinin rəisi Azər Fərəcov bildirib.

"Biz maksimal bu sayı nəzərdə tutmuşuq. Gündəlik 27 min sərnişin Bakı Dəmiryolu Vağzalından istifadə edir. COP29 vaxtı ümumilikdə 32 minə yaxın sərnişin bu vağzaldan istifadə edə biləcək", - o vurğulayıb.

A.Fərəcov hesab edir ki, mövcud qatarlar dəmir yolundan istifadə edəcək sərnişin sayına kifayət edir.