Ölkənin qanuni lotereya təşkilatçısı və idman mərc oyunları operatoru “Azərlotereya” ASC-nin “Poz-Qazan” oyunları oktyabr ayında 10 böyük uduşla yadda qalıb.
"Unikal" xəbər verir ki, Bakıda “Poz-Qazan” tarixində ən böyük uduş olan “Prestij” lotereyasında növbəti 500 000 manat qazanılıb. “Prestij”dən 3 ədəd biletdə isə 5 000 manat qazanılıb. Uğurlu biletlər Bakı, Zaqatala və Gəncədən alınıb. “Prestij”də növbəti böyük uduşlar sahiblərini gözləyir.
Gəncədə daha bir böyük uduş – 50 000 manat “Uğurlu 7” lotereyasından qazanılıb. Masallıda isə “Uğurlu 7” 10 000 manatlıq böyük uduşla Valeh Sadıqova uğur gətirib.
Şəmkirdə də “Göz muncuğu” lotereyasından böyük uduş – 100 000 manatla sahibini sevindirib.
Cəlilabadda isə “Qızıl” lotereyasından böyük uduş – 25 000 manat Seymur Dadaşova nəsib olub. Paytaxtda “10X” lotereyasından da 10 000 manat udululub.
Ayın sonuncu böyük uduşu isə Qubada “Zümrüd” lotereyasından qazanılıb. Bəxtəvər qalib 10 000 manata sahib olub.
Qeyd edək ki, “Poz-Qazan” oyunlarında 25 000-dən 500 000 manatadək böyük uduşlar şanslı qaliblərin yolunu gözləyir. Biletləri “Azərlotereya” satış nöqtələri və “Misli” məntəqələri , "Azərpoçt" şöbələri, şəhərimizin market və köşklərindən əldə etmək, həmçinin “Wolt”dan sifariş vermək mümkündür.