Gəncə şəhərində 44 yaşlı Şəmistan Süleymanovun ölümünün bəzi təfərrüatları məlum olub.

"Unikal"ın məlumatına görə, qətlə yetirilən 1971-ci il təvəllüdlü Şəmistan Süleymanov Nəsimi Mustafayevin fəhlə işlədiyi ünvana gələrək borcunu istəyib.

Nəticədə onlar arasında mübahisə yaşanıb və N. Mustafayev Şəmistana kəsici alətlə bir neçə zərbəsi vurub. Ş.Süleymanov xəstəxanaya çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.

Məlumat üçün bildirək ki, mərhum usta olub və tərəflər arasında qohumluq əlaqələri var. Hadisə isə Tontanlı küçəsi, 6-cı döngə, ev 13 də (yeni məhlələr) adlanan ərazidə baş verib.

Qeyd edək ki, hadisənin 400 manat borc üstndə baş verdiyi bildirilir. Faktla bağlı araşdırmalar davam etdirilir.

Tural Əhmədov