Türkiyənin Kırıkkale şəhərinin Balışeyh rayonunun bələdiyyə sədri Hilmi Şenə qarşı silahlı hücum olub.

"Unikal" Türkiyə KİV-ə istinadən xəbər verir ki, silahlı  hücumda Şen və  sürücüsü ağır yaralanıb. Onlar aparıldıqları xəstaxanada dünyasını dəyişiblər. 

Kırıkkale valisi Mehmet Makas xəstəxana qarşısında mətbuataaçıqlama verib. O, hadisənin səhər saatlarında Balışeyh bələdiyyə sədri Hilmi Şenin avtomobillə tikinti sahəsinə gedərkən cinayətkar tərəfindən qarşısının kəsildiyini ifadə edib:

"Əvvəlcə mübahisə düşdü, sonra silahlar ortaya girdi. Silahlı şəxs 5 nəfəri güllələdi. Onlar qısa zamanda xəstəxanaya çatdırıldı. Yaralananların arasında bələdiyyə sədri Hilmi Şen və onunla birlikdə işləyən dostumuz ağır yaralandı. Bütün müdaxilələrə baxmayaraq onları xilas etmək mümkün olmadı. Digər 3 yaralı yoldaşımız isə xəstəxanada müalicə altındadır".

Digər tərəfdən, iş adamına hücumu təşkil edən şəxsin qohumu E.Ş. imiş. Şübhəli polis qrupları tərəfindən hadisə yerində saxlanılıb. 

Gülayə Mecid 

Balışeyh Belediye Başkanı Hilmi Şen'i öldüren zanlı tanıdık çıktı