Rusiyanın “Soyuz” raket daşıyıcısı iki İran peykini orbitə çıxaracaq.
"Unikal" xəbər verir ki, bu barədə İranın Moskvadakı səfiri Kazem Cəlali açıqlayıb.
"İran-Rusiya elmi və texnoloji əməkdaşlığının inkişafının davamı olaraq, İranın iki peyki “Kövsər” və “Hədhad” çərşənbə axşamı Tehran vaxtı ilə saat 2:48-də “Soyuz” daşıyıcı raketi ilə yerin 500 kilometrlik orbitinə buraxılacaq", - iranlı diplomat X sosial şəbəkə hesabında yazıb.
Səfirlik öz "Telegram" kanalında təqdimatın noyabrın 5-də baş tutacağını açıqlayıb.
Ağarza Elçinoğlu