Kərkük valisi Rebvar Taha Azərbaycan Respublikasının İraqdakı səfiri Nasir Məmmədovu Kərkük vilayətində qəbul edib.

"Unikal" xəbər verir ki, bu barədə Kərkük mətbuatı məlumat yayıb. 

Bu, yerli hökumət formalaşdıqdan sonra səfirin ilk səfəridir.

Nümayəndələr Palatasının məruzəçisi Qareb Askar Al-Turkmani, birinci müavini Dr. Yavuz Hamid, Vilayət Şurasının üzvü Əhməd Rəmzi, Qubernatorun Təşkilat İşləri üzrə köməkçisi və Texniki Məsələlər üzrə Müşavirinin iştirak etdiyi iclasda Azərbaycan səfiri Kərkük qubernatorunu vəzifəsinin icrasına başlaması münasibətilə təbrik edib, İraq və Azərbaycan arasında əməkdaşlığın gücləndirilməsində maraqlı olduğunu və bunun Kərkükə müsbət təsirini vurğulayıb.

Ağarza Elçinoğlu