"Barselona" "Liverpul"un futbolçusu Məhəmməd Salahla maraqlanır.

"Unikal" xəbər verir ki, bu barədə sport.es nəşri məlumat yayıb. 32 yaşlı misirli futbolçuya hazırkı komandasından hələ də yeni müqavilə təklifi gəlməyib. Bu səbəbdən "Barselona" Salaha diqqətini daha çox yönəldib. Onun özü də komandasını dəyişməyə hazır olduğunu və "Barselona"nın indiki layihəsindən xoşu gəldiyi bildirilir. 

Qeyd edək ki, Məhəmməd Salahın "Liverpul"la müqaviləsi 2025-ci ilin iyun ayına qədərdir.