Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Novruz Kərimovun sədrliyi ilə Cinayət Məcəlləsinin 120.2.2-ci (xuliqanlıq niyyəti ilə qəsdən adam öldürmə), 120.2.4, 120.2.9, 133.2.4-cü maddələdi ilə təqsirləndirilən şəxs Yaşar Abbasovun növbəti məhkəmə prosesi keçirilib.
"Unikal"ın məlumatına görə, şahid Abdulla Şükürlü ifadə verərək bildirdi ki, gecə saat 3-də İpək evə uşaqla gəldi, dedi qəzaya düşmüşəm. Soruşdum Yaşar hardadır, dedi xəstəxanada reanimasiyadadır. Gecə ana- bala baş-ayaq yatdılar. Səhər saat 11-də mən getdim mağazaya. Qayıdanda gördük uşaq keçinib. Dedi uşağı aparıb dəfn edək, dedim yox. Dedi uşağı Yaşar öldürüb. Onda dedi gedək Çentralnıya bankomatdan pul çıxardaq. Sonra uşağı apardı xəstəxanaya. Yaşara gəldikdə isə, o uşağı yedizdirən adam olub, ona hər şey alırdı.
Anası isə uşağı aradabir döyürdü.
Zərərçəkən İpək Əsgərova şahidin yalan danışdığını bildirdi: "Yaşar uşagı evində döyüb. İlqarda orda idi, Yaşarın dostu. Hətta dedi ki, Yaşar mənidə döyüb. Yaşar Eldənizə deyib mən guya qəzaya düşmüşəm.
Şahid Asim Hüseynov: "Yaşar indi təqsirləndirilən şəxs kimi cəlb olunub. Ancaq mən görmüşəm ki, valideyin öz övladına göstərmədiyi münasibəti Yaşar uşağa göstərib. Anası deyib uşaq ayaqyoluna gedə bilmir, onun üçün əlil arabası alınmalıdır. Yığışıb həmin arabanı almışıq. Dəfələrlə Mirələmi aparıb kompüterə. Hətta uşaq özünü batırıb onuda Yaşar yuyub. Yaşar uşağa hər qayğı göstərirdi. İpəyi də Ehtiram və Abdullagildə görmüşük. Ev pulunu ödəyə bilmirdi, qalırdı müvəqqəti Abdullagildə. Mirələmin ölüm xəbərini də dostlardan eşitdim. Yaşarla idmançı olmuşuq, məşqlərdə bir yerdə olmuşuq, çoxdan tanımışam.
İpək Asimin uşağa telefona kimi aldığını bildirdi.
Qeyd edək ki, ittiham aktına görə, Yaşar Abbasov qeyri-rəsmi yaşadığı İpək Əhmədovanı döyüb, azyaşlı 9 yaşlı uşağa işgəncə verməklə Əhmədzadə Mirəli Seyidvəli oğlunu isə qəsdən öldürüb.
Xatırladaq ki, zərərçəkən İpək Əhmədova narkotik vasitələrin qanunsuz istifadəsi maddəsi ilə həbs edilib.
Seymur Əli