Nərimanov rayonunda 8 noyabr – Zəfər Gününə həsr olunmuş tədbir keçirilib.

"Unikal" xəbər verir ki, tədbirdə Nərimanov rayon rəhbərliyi, millət vəkilləri, tanınmış politoloqlar, incəsənət xadimləri, şəhid ailələri nümayəndələri, müharibə iştirakçıları və rayon ictimaiyəti iştirak edib. 

Dövlət Himninin səslənməsi ilə başlayan tədbirdə tarixi Zəfərimizə həsr olunmuş videoçarx nümayiş olunub.

Nərimanov Rayon İcra Hakimiyyətinin başçısı Elgin Həbibullayev ölkəmizin Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə əldə etdiyi uğurlardan, tarixin mürəkkəb bir dönəmində qazanılan parlaq zəfərdən söz açaraq, əldə olunan Qələbənin nəinki Azərbaycan, həmçinin dünya hərb və diplomatiya tarixinin ən unikal hadisələrindən biri olduğunu bildirib.

Tədbir millət vəkilləri Hikmət Babaoğlunun və digər natiqlərin təsirli çıxışları ilə yadda qalıb.

Tədbir tanınmış incəsənət ustalarının ifaları və atəşfəşanlıqla sona yetib.Nərimanov rayonunda 8 noyabr – Zəfər gününə həsr olunmuş tədbir keçirilib. Tədbirdə Nərimanov rayon rəhbərliyi, millət vəkilləri, tanınmış politoloqlar, incəsənət xadimləri, şəhid ailələri nümayəndələri, müharibə iştirakçıları və rayon ictimaiyəti iştirak edib. 

Dövlət Himninin səslənməsi ilə başlayan tədbirdə tarixi Zəfərimizə həsr olunmuş videoçarx nümayiş olunub.

Nərimanov Rayon İcra Hakimiyyətinin başçısı Elgin Həbibullayev ölkəmizin Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə əldə etdiyi uğurlardan, tarixin mürəkkəb bir dönəmində qazanılan parlaq zəfərdən söz açaraq, əldə olunan Qələbənin nəinki

Azərbaycan, həmçinin dünya hərb və diplomatiya tarixinin ən unikal hadisələrindən biri olduğunu bildirib.

Tədbir millət vəkilləri Hikmət Babaoğlunun və digər natiqlərin təsirli çıxışları ilə yadda qalıb.

Tədbir tanınmış incəsənət ustalarının ifaları və atəşfəşanlıqla sona yetib.