Əfqanıstandan olan nümayəndə heyəti COP29 iqlim konfransında iştirak etmək üçün Bakıya gəlib.
"Unikal" "Associated Press"ə istinadən xəbər verir ki, Əfqanıstan nümayəndələri 2021-ci ildə "Taliban"ın hakimiyyətə gəlişindən sonra ilk dəfədir ki, belə bir tədbirdə iştirak edirlər.
Nümayəndə heyətinə ətraf mühitin mühafizəsi üzrə məsul qurumun rəhbəri Matuil Haq Hali başçılıq edib və o bildirib ki, Əfqanıstan qlobal istiləşmədən ən çox zərər çəkən ölkələrdən biridir.
Onun sözlərinə görə, Əfqanıstanın iqlim dəyişikliyinin nəticələrinin - quraqlıq və daşqınların öhdəsindən gəlmək üçün dəstəyə ehtiyacı var. O, danışıqlara dəvətə görə Azərbaycan tərəfinə təşəkkür edib.