Braziliyanın paytaxtında, Ali Məhkəmənin və Deputatlar Palatasının binaları yaxınlığında kamikadze bir neçə partlayış təşkil edib. 

"Unikal" xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb. 

O, əvvəlcə Sarayın yaxınlığındakı dayanacaqda minalanmış avtomobili işə salıb, sonra isə məhkəmə binasının girişində üzərindəki digər partlayıcı qurğunu partladıb. 

Naməlum şəxs hadisə yerindəcə keçinib. Ondan başqa xəsarət alan olmayıb.

İlkin məlumatlara görə, kamikadzenin adı Fransisko Uanderli Luisdir.

Fakt araşdırılır. 

Qeyd edək ki, COP30 gələn il Braziliyada keçiriləcək. 

Ağarza Elçinoğlu