Gürcüstan Mərkəzi Seçki Komissiyasının binası yaxınlığında keçirilən etiraz aksiyasının bir neçə iştirakçısı yerli polis tərəfindən saxlanılıb.
"Unikal" xəbər verir ki, bu barədə TASS məlumat yayıb.
Şənbə günü, noyabrın 16-da səhər saatlarında etirazçılar yenidən Gürcüstan paytaxtının mərkəzinə toplaşıblar. Buna səbəb ölkənin Mərkəzi Seçki Komissiyasının parlament seçkilərinin yekun protokolunu təsdiq etməsi olub. Mərkəzi Seçki Komissiyası sənədi təsdiqlədikdən sonra etirazçılar bitişik Ağmaşenebeli xiyabanına keçiblər və orada yolu bağlamağa cəhd göstəriblər.
"Təhlükəsizlik qüvvələri etirazçıları qovdu, hərəkatı təmizlədi və bir neçə nəfəri saxladı. Polis yol boyu düzülüb, vəziyyət stabilləşib", - TASS yazıb.