"Bizim bu gün burada deyib-demədiyimiz hədəflərin hamısı büdcədə nəzərə alınıb. Büdcədə gəlirlərin artımı xərclərin artımı üstələyir. Bu o deməkdir ki, dövlət müəyyən geosiyasi vəziyyəti nəzərə alaraq sərt fiskal siyasətini davam etdirəcək".

"Unikal" xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında dövlət büdcəsinin müzakirəsi zamanı deputat Heydər Əsədov deyib.

"Həm gəlirlərin, həm də xərclərin təhlili bizə imkan verir deyək ki, büdcə çox ehtiyalta tərtib edilib və realdır. Buradakı hədəflərin yerinə yetirilməsinə heç bir şübhəm yoxdur", - deyə deputat bildirib.

Anar Kəlbiyev