Moldovanın baş naziri Dorin Reçan “hökumətin səmərəliliyini artırmaq üçün” üç nazirliyə yeni rəhbər təyin edib.
"Unikal" xarici mediaya istinadən xəbər verir ki, Kənd Təsərrüfatı və Qida Sənayesi Nazirliyinə Lyudmila Katlabuqa rəhbərlik edəcək. Ondan əvvəl bu posta təyin edilmiş Vladimir Bolya Andrey Spınunun yerinə infrastruktur və regional inkişaf naziri vəzifəsinə keçirilib. Baş nazir bildirib ki, Daniel Misail-Nikitina Daxili İşlər Nazirliyinə rəhbərlik edəcək.
Dəyişikliklər parlament və prezident administrasiyası ilə razılaşdırılıb.