ABŞ prezidenti Co Baydenin səlahiyyət müddəti başa çatan administrasiyası ABŞ Konqresinə Ukraynanın 4,65 milyard dollarlıq borcunu silmək planları barədə məlumat verib.
"Unikal" xarici KİV-ə istinadən xəbər verir ki, bu, yeni seçilmiş prezident Donald Tramp vəzifəyə başlamazdan əvvəl Kiyevə dəstək üçün son aksiya olacaq.
Silinən vəsait Ukraynanın 9 milyard dollarlıq borcunun bir hissəsidir.