Rusiyanın Sverdlovsk vilayətinin Kamensk-Uralsk ticarət mərkəzində atışma olub.

"Unikal" xəbər verir ki, bu barədə TASS məlumat yayıb. 

Rusiya Federasiyası Daxili İşlər Nazirliyinin regional baş idarəsinin mətbuat xidmətinin rəhbəri Valeri Qoreliç bildirib ki, atışma zamanı iki nəfər yaralanıb: "Cinayət iştirakçılarının şəxsiyyəti artıq polislər tərəfindən müəyyən edilib. Həmin iki nəfərə lazımi tibbi yardım göstərilib: onlardan biri bıçaq xəsarəti, ikincisi güllə yarası alıb". 

Rayon polis idarəsinin gücləndirilmiş əməliyyat-istintaq qrupu hadisə yerindədir. 

Qeyd edək ki, bundan əvvəl mart ayında Moskva vilayətinin Krasnoqorsk şəhərində yerləşən "Crocus" ticarət mərkəzində terror aktı törədilmişdi. 

Ağarza Elçinoğlu