Masallı şəhərində baş verən qətl hadisənin bəzi təfərrüatları məlum olub.

"Unikal"ın əldə etdiyi məlumata görə, qətl hadisəsini törətməkdə şübhəli bilinən 24 yaşlı İsrafil Cavadov Sabirabad rayon, qətlə yetirilən 40 yaşlı Sirus Mehdiyev isə Samux rayon sakinləridir. 

Onlar Masallı rayonuna parnik qurmaq üçün gediblər. Ötən gecə hər ikisi kirayə qaldıqları evdə spirtli içki qəbul ediblər. Bu zaman onlar arasında mübahisə yaranıb. Mübahisə zəminində İsrail Cavadov Sirus Mehdiyevə 2 bıçaq zərbəsi vurub. Zərbənin biri ölümcül olub və S.Mehdiyev çoxlu qan itirmədən ölüb. 

Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.

Xəlil Əliyev

***09:05

Noyabrın 26-sı saat 01 radələrində Masallı şəhəri ərazisində yerləşən evlərdən birində 1984-cü il təvəllüdlü Siruz Mehdiyevin ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Masallı rayon prokurorluğundan "Unikal"a verilən məlumata görə, araşdırmalarla 2000-ci il təvəllüdlü İsrafil Cavadovun aralarında yaranmış mübahisə zamanı bıçaqla xəsarətlər yetirərək Siruz Mehdiyevi qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Masallı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

İsrafil Cavadov polis əməkdaşları tərəfindən saxlanılaraq istintaqa təhvil verilib və rayon prokurorluğunun qərarı ilə şübhəli şəxs qismində tutulub.

İbtidai istintaq davam etdirilir.