Türkiyə Milli Kəşfiyyat Təşkilatı (MİT) İraqın Sincar bölgəsində keçirdiyi əməliyyatla terror təşkilatı PKK/KCK-nın sözdə liderlərindən olan "Hevi" kod adlı Sadiyə Məhəmməd Əhmədi zərərsizləşdirib.
"Unikal" xəbər verir ki, bu barədə MİT açıqlama yayıb.
Bildirilir ki, 2001-ci ildən Suriya və İraqda terror fəaliyyətləri həyata keçirən Əhmədin təşkilatın kəşfiyyat strukturuna cavabdeh olduğu müəyyən edilib.