İspaniyanın “Real Madrid” komandasının daha bir futbolçusu sıradan çıxıb.

"Unikal" xəbər verir ki, Çempionlar Liqasının V turunda İngiltərənin “Liverpul” klubu ilə səfər oyununda (0:2) zədələn Eduardo Kamavinqa ən azı iki-üç həftə yaşıl meydanlardan uzaq qalacaq.

Madrid təmsilçisinin daha əvvəl altı futbolçusu - Vinisius Junior, Orelyen Çuameni, Rodriqo, Daniel Karvaxal, Eder Militao və David Alaba zədələnib.

Qeyd edək ki, “Real Madrid” Çempionlar Liqasında növbəti oyununu dekabrın 10-da İtaliyanın “Atalanta” komandasına qarşı keçirəcək.