Rusiyanın Qarabağdakı sülhməramlı kontingentinin keçmiş komandiri, general-polkovnik Rüstəm Muradov Rusiya quru qoşunları komandanının birinci müavini təyin edilib. 

"Unikal" xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb. 

Putinin bununla bağlı müvafiq fərmanı imzaladığı deyilir. 

Muradov 2022-ci ilin noyabrında Pavlovka uğrunda gedən döyüşlərdə və 2023-cü ilin fevralında Uqledar üzərinə hücum təşkil edib. Sonra rus qoşunları şəxsi heyət və texnika baxımından böyük itki verdi. 

Ağarza Elçinoğlu