Çeçenistan rəhbəri Ramzan Kadırov bloger Hüseyn Həsənovun toyunda tamada olacağını bildirib.

"Unikal" xəbər verir ki, Hüseyn Həsənov İnstaqram səhifəsində Çeçenistanın rəhbəri Ramzan Kadırovla çəkilmiş videosunu paylaşıb.

Siyasətçi, bloger toyunu Qroznıda qeyd etmək qərarına gəlsə, tamada olacağını söyləyib və hamını məclisə dəvət edib. 

 “Biz hamını dəvət edirik, toy möhtəşəm keçəcək, mən tamada olacağam”, - Kadırov deyib.

Blogerin özü əlavə edib ki, artıq Kadırovla razılaşıblar və toy yaxın vaxtlarda baş tutacaq. Kadırov bunun “artıq kifayət qədər ciddi məsələ olduğunu” söyləyib.

Qeyd edək ki, Hadırovla Həsənov İtum-Kalinski rayonunun dağlarında olublar.