ABŞ-nin yeni seçilmiş prezidenti Donald Tramp hazırkı dövlət başçısı Co Baydenin oğlu Hunteri əfv etmək qərarını tənqid edib.

"Unikal" xəbər verir ki, bu barədə Tramp "Truth Social" sosial şəbəkəsindəki səhifəsində yazıb.

O, əfv fərmanını “sui-istifadə və ədalətin pozulması” adlandırıb.

"Co Hunterə verilən əfv uzun illər həbsdə olan 6 yanvar girovlarına şamil edilirmi?" – Tramp qeyd edib. 

Tramp “6 yanvar girovları” dedikdə o, 2021-ci il yanvarın 6-da Kapitoliyə basqın zamanı məhkum olunmuş iştirakçıları nəzərdə tutub.  

Gülayə Mecid