Suriya Silahlı Qüvvələri (AF) Rusiya Aerokosmik Qüvvələri ilə birlikdə bir neçə saat ərzində 400-dən çox terrorçunu məhv edib.
"Unikal" xəbər verir ki, bu barədə Suriyanın ali komandanlığı məlumat yayıb.
***15:05
Suriya Silahlı Qüvvələri (SQ) terrorçulara qarşı Hələb, İdlib və Həma əyalətlərində bir neçə istiqamətdə əks-hücuma keçib.
"Unikal" xəbər verir ki, bu barədə Suriya Müdafiə Nazirliyi məlumat yayıb.
"Son 24 saat ərzində Suriya ordusu Suriyada mövcud olan dost Rusiya qüvvələrinin dəstəyi ilə Hələb əyalətlərində terrorçuların hədəflərinə, anbarlarına, təchizat yollarına və [terrorçuların] irəliləyişlərinə raket, artilleriya və hava zərbələri endirməyə davam edib", - bəyanatda deyilir.
Müdafiə Nazirliyinin məlumatına görə, hücum nəticəsində beş qərargah və silah-sursat olan yeddi anbar məhv edilib.
Gülayə Mecid