Türkiyənin İstanbul şəhərində "Xəbərin Müəllif Hüquqları və Mediada Süni İntellekt Simpoziumu" keçirilir.
"Unikal"ın məlumatına görə, simpozium Boğaziçi Universitetində "Anadolu Ajansı" və Türkiyənin Mədəniyyət və Turizm Nazirliyinin birgə təşkilatçılığı ilə ikinci dəfə gerçəkləşib.
Tədbirdə Türkiyə Prezident Aparatının Kommunikasiya İdarəsinin rəhbəri Fəxrəddin Altun çıxış edib. Onun sözlərinə görə, Qərb şirkətləri media sektorunda haqsız rəqabət aparır. Altun onları media imperializmində ittiham edib, xəbərlərin ticarət məqsədi ilə müəllif hüququ qorunmadan sui-istifadəsinin qəbuledilməz olduğunu bildirib.
Simpozumun spikerləri arasında məşhur Kembric Universitetinin professoru Henninq Qrosse Ruse-Xan, Oksford Universitetinin doktoru Özgür Arıkan, Londonun Queen Mary Universitetinin professoru Quido Vestkamp və digərləri var.
Simpoziumda "Unikal" da təmsil olunub.
Ağarza Elçinoğlu