Rusiya silahlı qüvvələri Donetsk Xalq Respublikasının Romanovka və Zaporojye vilayətinin Novodarovka yaşayış məntəqələrini azad edib.
"Unikal" xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.
“Cənub Qüvvələri Qrupunun bölmələri qətiyyətli hərəkətlər nəticəsində Romanovka kəndini azad edib”, - Müdafiə Nazirliyi bildirir.
Zaporojye vilayətindəki Novodarovka "Vostok" qoşun qruplaşmasının bölmələri tərəfindən nəzarətə götürülüb.