ABŞ Konqresi Nümayəndələr Palatasının 2 illik araşdırma nəticəsində tərtib etdiyi koronavirus epidemiyasının 557 səhifəlik hesabatına əsasən, COVID-19 Çinin Uhan şəhərindəki laboratoriyada meydana gəlib. 

"Unikal" xəbər verir ki, bu barədə ABŞ Konqresi hesabat dərc edib. 

"Koronavirus çox güman ki, Çinin Uhan şəhərindəki laboratoriyada yaradılıb", - sənəddə deyilir.

Hesabat müəlliflərinin fikrincə, virusun bioloji xüsusiyyətləri 2019-cu ilin payızında Uhan Yoluxucu Xəstəliklər İnstitutunda tədqiqatçılar arasında müşahidə olunan xəstəliyin simptomları ilə üst-üstə düşür.

Həmçinin qeyd olunub ki, əgər virusun təbii mənşəyinə dair sübutlar olsaydı, o, indiyə qədər ortaya çıxmalı idi. 

Ağarza Elçinoğlu