Fransa Milli Assambleyası Mişel Barnye hökumətinə etimadsızlıq barədə qətnamə qəbul edib.
"Unikal" xəbər verir ki, bu barədə BFMTV kanalı məlumat yayıb.
331 deputat Nazirlər Kabinetinə etimadsızlıq qərarını dəstəklədiyini bildirib. Milli Assambleyanın sədri Yael Bron-Pivet elan edib ki, Fransa Konstitusiyasına uyğun olaraq Barnier istefa ərizəsini respublika prezidentinə təqdim etməli olacaq.
Telekanal qeyd edir ki, bu qətnamə 1962-ci ildən bəri ilk dəfə olaraq bir Fransa baş naziri istefaya getməyə məcbur olacaq.