"Ukrayna ABŞ-nin yeni seçilmiş prezidenti Donald Trampın nümayəndələri ilə Rusiya ilə münaqişənin həlli ilə bağlı danışıqlara başlamağa hazırdır".
"Unikal" xəbər verir ki, bu barədə “The Wall Street Journal” mənbələrə istinadən məlumat dərc edib.
Nəşrin məlumatına görə, Kiyev hakimiyyəti Trampın komandası ilə danışıqlar aparır. Belə ki, Volodimir Zelenskinin köməkçisi çərşənbə günü Trampın Ukrayna üzrə xüsusi nümayəndəsi təyin edəcəyi Mayk Valsla görüşüb.
Eyni zamanda, “The Wall Street Journal” qeyd edir ki, Ukrayna döyüşlərdən tükənib və NATO-ya daxil olmağa icazə verildiyi təqdirdə atəşi dayandırmağa hazırdır. Tramp komandası bu təkliflə maraqlanmır.
Qəzetin yazdığına görə, Ukrayna “diplomatik təzyiq” yolu ilə ərazisini geri qaytarmağa çalışacaq.
Gülayə Mecid