Koreya Respublikası Milli Assambleyasının (Parlament) Katibliyi ölkədəki siyasi böhran fonunda Milli Kəşfiyyat Xidməti üzvlərinin qanunvericilik binalarına səfərinə qadağa qoyub.

"Unikal" xəbər verir ki, bu barədə “The Korea Herald” qəzeti yazıb.

KİV-in məlumatına görə, kəşfiyyat orqanı əməkdaşlarının parlament binalarına gediş-gəlişi müvəqqəti olaraq bağlanıb. Qadağa dekabrın 4-dən qüvvədədir.

Bundan əvvəl Cənubi Koreya parlamenti hərbçilərin, polisin və Milli Müdafiə Nazirliyinin əməkdaşlarının onun binasına gəlməsinə tam qadağa qoyub.