İsveç Miqrasiya Xidməti suriyalılara sığınacaq verilməsi və Suriyaya deportasiya ilə bağlı bütün qərarların icrasını müvəqqəti olaraq dayandırıb.
"Unikal" xəbər verir ki, bu, Bəşər Əsədin prezidentlikdən istefa verməsi və ölkəni tərk etməsi, Rusiyadan sığınacaq alması və üsyançıların Suriyaya nəzarəti ələ keçirməsindən sonra vəziyyətin kəskin dəyişməsi ilə bağlıdır.
Miqrasiya naziri Yohan Forssel qeyd edib ki, son hadisələrdən sonra İsveç hələlik yeni qaçqın dalğasının əlamətlərini görmür. Bununla belə, o, ölkənin mümkün dəyişikliklərə tez reaksiya verməyə hazır olduğunu vurğulayıb.
“Vəziyyətə nəzarət itib. 2015-ci ildəki səhvləri təkrarlamamağımız vacibdir. Bu, qətiyyən qəbuledilməzdir”, - deyə o əlavə edib.
Forssell onu da xatırladıb ki, 2015-ci ildən İsveçin miqrasiya qanunvericiliyi sərtləşib. Belə ki, müvəqqəti yaşamaq icazəsi normaya çevrilib, ailənin birləşməsi üçün qaçqınlar üçün tələblər isə gücləndirilib.
Analoji qərar daha əvvəl Almaniya, Danimarka və Avstriyanın Miqrasiya xidmətləri tərəfindən verilmişdi. Tezliklə digər ölkələrin də buna əməl edəcəyi gözlənilir.