Ermənistan və Azərbaycan sülhlə bağlı bütün məsələləri müstəqil həll etməyə üstünlük verirlər.
"Unikal" xəbər verir ki, bunu Rusiya Federasiyası Xarici Kəşfiyyat Xidmətinin direktoru Sergey Narışkin Rusiyanın “Razvedçik” jurnalına müsahibəsində deyib.
"Ermənistan və Azərbaycan ABŞ və Aİ-nin sülh yolu ilə nizamlanma təkliflərinə belə qulaq asmır, bütün məsələləri müstəqil həll etməyə üstünlük verir", - Xarici Kəşfiyyat Xidmətinin direktoru bildirib.
Ağarza Elçinoğlu