Filippinin Neqros adasındakı Kanlaon vulkanının püskürməsi nəticəsində təxminən 87 min insanın təxliyəsi üçün proses başlanıb.

"Unikal" xəbər verir ki, bu barədə Filippin Mülki Müdafiə İdarəsi məlumat yayıb. 

Bildirilir ki, vulkan püskürməsi nəticəsində insan itkisi qeydə alınmayıb. Partlayışdan sonra qərb və cənub yamaclarında yerləşən şəhər və kəndlərdən təcili təxliyələr həyata keçirilib.