"Regionumuzdakı problemlərin həlli kompleks yanaşma tələb edir və bu mənada iqtisadi əməkdaşlıq beynəlxalq sülhün və təhlükəsizliyin qorunması üçün mühüm vasitədir". 

"Unikal" xəbər verir ki, bunu Ermənistan parlamentinin spikeri Alen Simonyan İrəvanda Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Assambleyasının 64-cü plenar iclasının açılış mərasimində çıxışı zamanı deyib. 

Spiker qeyd edib ki, Ermənistan dənizə çıxışı olmayan ölkədir: "Ölkə qlobal bazarlara çıxışda sistemli zəifliklərə malikdir, buna görə də biz regionun iqtisadi rifahı üçün bərabər və inklüziv qarşılıqlı əlaqənin, açıq sərhədlərin və tam işləyən nəqliyyat infrastrukturunun vacibliyini dərk edirik.

Cənubi Qafqaz öz coğrafi mövqeyinə görə Avropa və Asiya arasında iqtisadi əməkdaşlığa və ticarətə töhfə verə bilər. Xalqlar arasında təmaslar mədəni əlaqələr üçün suverenlik, ərazi bütövlüyü, bərabərlik və qarşılıqlılıq prinsiplərinə tam hörmətə əsaslanaraq, regionda və onun hüdudlarından kənarda təhlükəsizlik və sabitliyə mühüm töhfə verəcək.

Ermənistan nəqliyyat infrastrukturunun açılması ilə bağlı Azərbaycanla aparılan danışıqlarda konstruktiv şəkildə iştirak edib". 

Ağarza Elçinoğlu