"Bir gün Qərb ölkələrinin Ukraynanı qurban verməyə qərar verəcəyi an gələcək".
"Unikal" xəbər verir ki, bunu Slovakiyanın baş naziri Robert Fitso “Folha de S.Paulo” qəzetinə müsahibəsində bildirib.
Hazırda Slovakiyanın baş naziri işgüzar səfərlə Braziliyadadır. Jurnalistlərlə söhbət edən siyasətçi Ukrayna münaqişə zonasındakı vəziyyətdən danışıb və vurğulayıb ki, Kiyev Qərb dövlətlərinə özünü Moskva ilə qarşıdurmaya sürükləməyə imkan verib.
"Bir an olacaq ki, Qərb deyəcək: “Yaxşı, alınmadı, ona görə də biz Ukraynanı qurban veririk", - Fitso qeyd edib.
Gülayə Mecid