Londonun şimal-qərbində baş verən silahlı insident nəticəsində bir nəfər ölüb, iki nəfər yaralanıb.

"Unikal" xəbər verir ki, hadisə ilə bağlı istintaq başlayıb.

Atışma Harlesden bölgəsində, Gifford yolunda baş verib. Hadisə yerinə gələn təcili yardım xidməti 40 yaşlarında olduğu ehtimal edilən qadını ağır yaralı vəziyyətdə tapıb. Tibbi müdaxilələrə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb. Qadın hadisə yerində dünyasını dəyişib.

Hər ikisi 30 yaşlarında olan digər iki nəfər isə yaralanıb. Onlardan biri xəstəxanada ağır vəziyyətdədir, digəri isə yüngül xəsarət alıb.

Hələlik faktla bağlı saxlanan yoxdur. Hadisəni törədənlərin tapılması üçün istintaq davam edir.