Avropa İttifaqı Gürcüstanın diplomatik pasportları üçün vizasız rejimin dayandırılması barədə qərar qəbul edib.
"Unikal" xəbər verir ki, bu barədə Aİ diplomatiyasının rəhbəri Kaja Kallas bildirib.
Onun sözlərinə görə, Aİ nazirləri “dinc nümayişçilərə qarşı zorakılığın arxasında” Gürcüstan rəsmilərinə qarşı sanksiyaların tətbiqini müzakirə ediblər, lakin konsensusa nail ola bilməyiblər.