ABŞ-nin yeni seçilmiş prezidenti Donald Tramp Türkiyəni Yaxın Şərqdə “əsas güc” adlandırıb və Ərdoğanı “güclü ordu” qurduğuna görə tərifləyib.
"Unikal" xarici mediaya istinadən xəbər verir ki, bu barədə o, keçirdiyi brifinqdə deyib.
“Türkiyə böyük gücdür və mənim Ərdoğanla əla münasibətim var. Onun müharibədən tükənməyən ciddi hərbi qüvvələri var. Çox güclü ordu yaratdı”, - deyə Tramp qeyd edib.
O, ABŞ qoşunlarının Suriyanın şimal-şərqindən çıxarılması ilə bağlı suala birbaşa cavab verməkdən yayınıb, lakin Türkiyəni və onun liderini tərifləyib:
“Türkiyə çox ağıllı ölkədir, Ərdoğan isə çox ağıllı və sərt adamdır”.