Cənubi Koreya Şimali Koreya ilə Rusiya arasında hərbi əməkdaşlıqla bağlı 11 fiziki şəxs və 15 quruma birtərəfli qaydada sanksiya tətbiq edib.

"Unikal" xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Seul Xarici İşlər Nazirliyi məlumat yayıb. 

Bir neçə iş adamı və onların şirkətləri sanksiyalara məruz qalıb. Məhdudiyyətlər dekabrın 19-dan qüvvəyə minəcək.