Qlobal informasiya cəmiyyətində rəqəmsal texnologiyaya sürətli keçid, media mühitinin müasirləşməsi, rəqəmsal kommunikasiya və informasiya texnologiyalarının tətbiqi və digər yeniliklər yeni media mühitinin formalaşmasına gətirib çıxarmışdır.

Media savadlılığı bütün kommunikasiya formalarından və texnologiyalarından istifadə etməklə səmərəli şəkildə media məlumatlarının axtarılması, təhlil edilməsi, tənqidi qiymətləndirilməsi, eləcədə də müxtəlif məlumatların paylaşılması bacarıqlarından ibarətdir.

Belə ki, media savadlılığı istehlak olunan və yaradılan məlumatlar haqqında tənqidi düşünmə bacarığıdır.