Cənubi Koreya prezidenti Yoon Suk Yeolun qısamüddətli hərbi vəziyyətin tətbiqi zamanı baş komandan vəzifəsində çalışmış Ordu Baş Qərargah rəisi general Pak An Su həbs edilib.
"Unikal" xəbər verir ki, bu barədə "Yonhap" agentliyi məlumat yayıb.
Pak üsyanda əsas rol oynamaq və vəzifə səlahiyyətlərindən sui-istifadə ittihamı ilə məhkəmənin verdiyi orderlə həbs edilib.
Gülayə Mecid