Ermənistan-Türkiyə sərhədinin Rançpar kəndi hissəsində Türkiyə tərəfdən sərhədi qanunsuz keçən şəxs və ya şəxslər hələ də tapılmayıb.

"UnikaI" xəbər verir ki, bu barədə erməni KİV məlumat yayıb. 

Xatırladaq ki, dekabrın 12-də Ermənistan Milli Təhlükəsizlik Xidməti Ermənistan-Türkiyə sərhədinin pozulması ilə bağlı məlumat yayıb. 

Məlum olub ki, artıq 5 gündür ki, Ermənistan Milli Təhlükəsizlik Xidməti sərhədi qanunsuz keçən şəxsləri tapa bilmir. 

Ağarza Elçinoğlu