ABŞ iki ölkə arasında rəqabətin hərbi münaqişəyə çevrilməməsini təmin etmək üçün Çinlə açıq əlaqə kanallarını saxlamaq niyyətindədir.
"Unikal" xəbər verir ki, bu barədə ABŞ Müdafiə Nazirliyinin Amerika Konqresi üçün hazırladığı hesabatda deyilir.
“Müdafiə Nazirliyi rəqabətin münaqişəyə çevrilməməsini təmin etmək üçün Çin ilə açıq əlaqə kanallarını saxlamağa sadiqdir. Hərbi kommunikasiya kanallarının fəaliyyətinin məqsədlərinə böhranın qarşısının alınması, strateji və əməliyyat risklərinin azaldılması, tərəflər arasında anlaşılmazlıqların aradan qaldırılması daxildir”, - sənəddə qeyd olunur.
Çin Xalq Respublikasının (ÇXR) sədri Si Cinpin Vaşinqtonda Donald Trampın prezidentlik inaqurasiya mərasimində iştirak etməyəcək. Yanvarın 20-nə planlaşdırılan tədbirdə Çinin ABŞ-dakı səfiri və xanımının iştirakı gözlənilir.
Səfirə Pekindən digər rəsmilər də qoşula bilər, lakin Si Cinpin özü iştirak etməyəcək.