"Deputat Adqur Xaraziya Abxaziya parlamentinin binasında atəş açmaqda şübhəli bilinir".

"Unikal" xəbər verir ki, bu barədə Abxaziyanın daxili işlər naziri Robert Kiut məlumat yayıb. 

"Hadisə yerindən qaçan deputat Adqur Xaraziya Abxaziya parlamentində atışmada şübhəli bilinir. Atışma nəticəsində iki deputat yaralanıb. Onlardan biri Vaxtanq Qolandzia aldığı xəsarətlərdən dünyasını dəyişib", - Kiut ifadə edib. 

***15:38

Abxaziya "parlamenti"ndə baş verən atışma zamanı deputat Kan Kvarçia yaralanıb, onun həmkarı Vaxtanq Qolandziya isə ölüb. 

"Unikal" xəbər verir ki, bu barədə TASS məlumat yayıb.

 ***15:01

Abxaziya "parlament"inin yaxınlığında atışma olub.

"Unikal" xəbər verir ki, bu barədə TASS  məlumat yayıb. 

"Parlamentin yaxınlığında atışma olub. İlkin məlumata görə, iki deputat yaralanıb", - agentliyin həmsöhbəti bildirib.

Abxaziya Daxili İşlər Nazirliyindəki mənbə atışma nəticəsində iki deputatın yaralanması ilə bağlı məlumatı təsdiqləyib. Hadisə yerinə əməliyyat-istintaq qrupu gəlib. Hadisənin səbəbləri, eləcə də zərərçəkənlərin adları barədə təfərrüatlar verilmir.

Gülayə Mecid