Ermənistan ordusu ölkənin siyasi və strateji hədəflərinə uyğun olaraq təkcə struktur deyil, həm də funksional olaraq transformasiya edilməlidir.
"Unikal" xəbər verir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan hökumətin iclasında deyib.
"Ordu regional vəziyyət və sülh gündəminin məntiqi nəzərə alınmaqla bizim siyasi və strateji təsəvvürlərimiz çərçivəsində yerləşdirilməlidir. Biz açıq şəkildə bildirdik ki, Ermənistan ordusunun əsas missiyası ölkəmizin beynəlxalq səviyyədə tanınmış ərazi bütövlüyünü qorumaq, eləcə də bununla bağlı təhlükəsizlik məsələlərini həll etməkdir", - Paşinyan vurğulayıb.
O qeyd edib ki, hökumət strateji dəyişikliklər və regional vəziyyətin hərtərəfli qiymətləndirilməsi əsasında təhlükəsizlik vəziyyəti ilə bağlı müzakirələri davam etdirməyə hazırdır.
Ağarza Elçinoğlu