Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcovun növbəti səyyar qəbul–görüşü keçirilib.

"Unikal" xəbər verir ki, 9-cu mikrorayon ərazisində keçirilən görüşdə şəhər İcra Hakimiyyətinin məsul şəxsləri, idarə, müəssisə, təşkilatların rəhbərləri, şəhid ailələri, qazilər və şəhər sakinləri iştirak edib.

Səyyar qəbulda sakinlərin sosial müdafiə, mənzil-məişət şəraitinin yaxşılaşdırılması, məşğulluq və digər məsələlərlə əlaqədar problemləri dinlənilib, vətəndaşların müraciətlərində qaldırılan məsələlərin böyük bir qismi yerindəcə həll olunub, araşdırılmasına ehtiyac olan bir sıra məsələlərin isə qanunvericiliyə uyğun, operativ həlli üçün aidiyyəti qurumların rəhbərlərinə müvafiq tapşırıqlar verilib.

Qeyd edək ki, Zakir Fərəcovun rəhbərliyi ilə keçirilən səyyar qəbullar hər həftə keçirilir.