Rusiya Ukrayna ilə danışıqlara başlamaq üçün şərait görmür.

"Unikal" xəbər verir ki, bu barədə Rusiya Federasiyasının Prezidenti Vladimir Putin illik mətbuat konfransında bildirib.

Putin qeyd edib ki, Rusiya Zelenski seçkilərə gedib legitimlik qazanarsa, Rusiya onunla danışacaq: "Rusiya sülh sənədlərini yalnız Ukraynanın qanuni rəhbəri ilə imzalayacaq". 

Rusiya liderinin sözlərinə görə, Rusiya Ukrayna ilə müharibənin başa çatması ilə bağlı razılığa gəlmək istəyir: " Biz hər zaman danışıqlara və kompromislərə hazırıq, sadəcə olaraq, qarşı tərəf danışıqlardan sözün əsl mənasında və məcazi mənada imtina etdi". 

Ağarza Elçinoğlu