"Mən Belarus müxalifətinin lideri Svetlana Tixanovskaya kimi mühacirətdə yaşayan siyasətçi olmayacam".
"Unikal" xəbər verir ki, bunu Prezidentlik müddəti dekabrın 29-da başa çatacaq Gürcüstan prezidenti Salome Zurabişvili “TVP World” telekanalına açıqlamasında bildirib.
"Mən Tixanovskaya və ya Venesuela prezidenti (Venesuela prezidentliyinə namizəd Edmundo Qonzales - red.) olmaq təkliflərini görürəm, onlar mühacirətdə olduqları zaman tanındılar... Mən bunu istəmirəm" - deyə o, vurğulayıb.
Zurabişvilinin sözlərinə görə, onun Gürcüstanı tərk etmək niyyəti yoxdur.
Gülayə Mecid