Ukrayna xalqı və Ukrayna hakimiyyəti hazırkı münaqişənin gələcək taleyini özləri həll etməlidir.

"Unikal" xarici mediaya istinadən xəbər verir ki, bunu Dövlət Departamentinin mətbuat xidmətinin rəis müavini Vedant Patel brifinqdə deyib.

"Biz çoxdan deyirik ki, Ukrayna xalqı və Ukrayna hökuməti Ukraynada davam edən münaqişə ilə bağlı hansı yolu tutmaq istədiklərinə qərar verməlidir", - Dövlət Departamentinin sözçüsü deyib.

Eyni zamanda, o əlavə edib ki, ABŞ-ın Ukraynaya yardımla bağlı bütün qərarları Kiyevin gələcək danışıqlarda “maksimum güclü mövqeyini” təmin etməyə yönəlib.