UEFA Konfrans Liqasında pley-off mərhələsinin püşkü atılıb.
"Unikal" xəbər verir ki, İsveçrənin Nyon şəhərində təşkil olunan tədbirdə pley-off cütlükləri müəyyənləşib.
UEFA Konfrans Liqası
Pley-off mərhələsi
“Gent” (Belçika) – “Betis” (İspaniya)
“Tselye” (Sloveniya) - APOEL (Kipr)
TSK (Serbiya) - “Yagelloniya” (Polşa)
“Vikinqur” (İslandiya) - “Panatinaikos” (Yunanıstan)
“Kopenhagen” (Danimarka) - “Haydenhaym” (Almaniya)
“Molde” (Norveç) - “Şemrok Rovers” (İrlandiya)
“Omoniya” (Kipr) - “Pafos” (Kipr)
“Borats” (Bosniya və Herseqovina) - “Olimpiya” (Sloveniya)
Qeyd edək ki, pley-off mərhələsinin ilk oyunların fevralın 13-də, cavab qarşılaşmaları isə 20-də keçiriləcək.
***
14:15
Bu gün UEFA Konfrans Liqasında pley-off mərhələsinin püşkatma mərasimi keçiriləcək.
"Unikal" xəbər verir ki, İsveçin Nyon şəhərində təşkil olunacaq tədbir Bakı vaxtı ilə saat 16:00-da başlayacaq.
Püşkatma öncəsi pley-offa yüksələn 16 komanda 2 səbətə bölünüb. Əsas mərhələdə 9-16-cı sıranı tutan kollektivlər səpələnmişlər, 17-24-cü pillələrdə qərarlaşan komandalar isə səpələnməmişlər səbətində yer alıblar. Bu mərhələdə eyni ölkə təmsilçiləri bir-birilərinə rəqib ola bilərlər.
Səpələnmişlər:
“Yagelloniya” (Polşa)
“Şemrok Rovers” (İrlandiya)
APOEL (Kipr)
“Pafos” (Kipr)
“Panatinaikos” (Yunanıstan)
“Olimpiya” (Sloveniya)
“Betis” (İspaniya)
“Haydenhaym” (Almaniya)
Səpələnməmişlər:
“Gent” (Belçika)
“Kopenhagen” (Danimarka)
“Vikinqur” (İslandiya)
“Borats” (Bosniya və Herseqovina)
“Tselye” (Sloveniya)
“Omoniya” (Kipr)
“Molde” (Norveç)
TSK (Serbiya)
Qeyd edək ki, pley-off mərhələsinin ilk oyunların fevralın 13-də, cavab qarşılaşmaları isə 20-də keçiriləcək.