"Kocaelispor" klubu baş məşqçisi Ertuğrul Sağlamla əməkdaşlığa son qoyub.
"Unikal" xəbər verir ki, 55 yaşlı mütəxəssis Kocaeli təmsilçisindən öz istəyi ilə ayrılıb.
Sağlam sözügedən komandanın baş məşqçi postunu bu ilin may ayında tutmuşdu.
Qeyd edək ki, 32 xalı olan "Kocaelispor" I Liqanın turnir cədvəlində 2-ci yerdə mövqe tutub.